Ermənistanın yeni prezidenti MƏLUM OLDU

Ermənistanın yeni prezidenti MƏLUM OLDU

Hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, martın 2-də ölkə parlamentində prezident seçkisi üzrə səsvermə keçirilib.  
Müxalifət sayılan "Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəkləyib. Başqa bir müxalif blok "Çıxış”ın isə namizəd irəli sürmək üçün parlamnetdə yetərincə depatatı yoxdur.
Qeyd edək ki, bu ilin aprelində indiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti başa çatır. Apreldən sonra Ermənistan 2015-ci ildə qəbul edilən yeni konstitusiyaya əsasən, parlament idarə etməsinə keçəcək. Ölkənin əsas qanuna görə, prezidentin səlahiyyətləri məhdudlaşdırlacaq, Ermənistanın birinci şəxsi baş nazir olacaq. Bu vəzifəni isə Serj Sarqsyanın tutacağı ehtimal olunur. 
Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR