“Elmlər Akademiyası”nın ikinci çıxışının açılacağı - Tarix

“Elmlər Akademiyası”nın ikinci çıxışının açılacağı   - Tarix

Bu ilin sonuna kimi “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə veriləcək.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, stansiyanın çıxışı 15 gün ərzində sərnişinlərin istifadəsinə veriləcək: “Stansiyanın yeni 4 giriş-çıxışı inşa olunub. Çıxışların 2-də müasir eskalator quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. Həmçinin 3 istiqamətə yönələn çıxışlar piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq”.

Qeyd edək ki, 2012-ci ilin avqustundan “Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə başlanılıb. Yeni ikinci çıxışın tikilməsində əsas məqsəd metrostansiyada olan sərnişin sıxlığının qarşısını almaqdır.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR