“Elektron Səhiyyə” istifadəçilərinin işi asanlaşdı

“Elektron Səhiyyə” istifadəçilərinin işi asanlaşdı

2008-ci ildən etibarən Səhiyyə Nazirliyində fəaliyyət göstərən “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük “e-Səhiyyə” istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlib.

Portala 33 elektron xidmət daxildir ki, onların 4-ü qeydiyyatsız istifadəçilər üçün nəzərdə tutulub. Buraya tibb müəssisələri haqqında məlumat, dərman preparatları haqqında məlumat, immunoprofilaktika və xəstəliklərin beynəlxalq təsnifatı daxildir.

Eyni zamanda, portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiyalar, dünya səhiyyəsi və tibb elmində baş verən yenilikləri barədə geniş məlumatlar verilir.

2015-ci ildə internet portal vasitəsi ilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox vətəndaş istifadə edib.

Qeyd edək ki, cari ildə müraciətlərin sayı 2014-cü il ilə müqayisədə 2 dəfədən çox artıb.

Müraciətlərin əksəriyyəti dərman vasitələri haqqında məlumatın verilməsi xidməti, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu xidməti, Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi xidmətini və s. əhatə edir.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR