Döyüşlərin getdiyi Kiyevdə polislə jurnalist toy etdi (FOTO)

Döyüşlərin getdiyi Kiyevdə polislə jurnalist toy etdi (FOTO)

Martın 2-də Kiyev Patrul Polis İdarəsinin rəisi Yuri Zozulya və jurnalist Ancelina Karyakina döyüşlərin tüğyan etdiyi Kiyevdə toy ediblər. Milli Polisin Patrul Polis İdarəsinin rəisi, polis polkovniki Yevgeni Jukov onların nikahını rəsmiləşdirib. 

Aktual.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

"Hərbi vəziyyət qanunlarına uyğun olaraq, bölük komandiri kimi tabeliyimdə olan və qardaşım Yuri Zozulya ilə gəlini Karyakina Ancelina Aleksandrovnanın nikahında şahid oldum!” - o qeyd edib.

Bir buket əvəzi evdə kəsilərək hazırlanmış orxideya olub, yeni evlənənlərin toy üzükləri isə bir möcüzə nəticəsində və demək olar ki, pulsuz başa gəlib.
"Ukrayna – bu, hərbçilər və polislər üçün dəstlər hazırlayarkən fasilədə bizi şampan və yeməyə qonaq edən gözəl insanlardır. Sevgilər!" - Karyakina öz Facebook səhifəsində yazıb.
Xəbər 8964 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR