Şahruk Xanın oğlu həbs edildi (FOTOLAR)

Şahruk Xanın oğlu həbs edildi (FOTOLAR)

Bollivud ulduzu Şahruk Xanın böyük oğlu Aryan Xan həbs edilib.

Aktual.az xəbər verir ki, Hindistanın Narkotiklərlə Mübarizə Bürosu (NCB) Şahruk Xanın 23 yaşlı oğlu Aryan və daha yeddi nəfəri Mumbayi-Qoa ərazisində keçirilən reydlərin birində polis saxlayıb. Onlar həkim müayinəsindən keçirilib və narkotik aludəçisi olduqları sübut edilib.

Məlumata görə, Aryan sorğu-sual zamanı pərişan olub. Onunla aparılan sorğunun nəticəsində dörd ildir narkotik istifadə etdiyi aşkarlanıb.

Aryan Xan bu gün axşam saatlarında hakim qarşısına çıxarılacaq. Onun həm narkotik, həm də psixotrop dərmanlar qəbul etdiyi bildirilib. Məhkəmədən sonra gəncin müalicə üçün xəstəxanaya aparılacağı təxmin edilir.
Xəbər 169 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR