Dünya və Azərbaycan mətbuatında pensiya və yaxud müavinətlərlə bağlı verilən xəbərlərdə onların daim fotolarından istifadə edilir.
Qaynarinfo sosial şəbəkələrdə daim sual olunan məşhur fotoların müəllifini və sözügedən təqaüdçülərin harada yaşadıqlarını araşdırıb.
Məlum olub ki, sözügedən fotonun müəllifi serbiyalı fotoqrafçı Dobo Kristiandır. O, 2016-cı ildə Serbiyada pensiya alan insanların görüntülərini çəkib. Fotolar satış üçün dünyaca məşhur saytlara yerləşdirib.
Sözügedən iki şəkil elə dünyaca məşhur xəbər saytları tərəfindən alınaraq pensiya və yaxud müavinətlərlə bağlı verilən informasiyalarda daim yayımlanmağa başlayıb.
Maraqlıdır ki, hər iki təqaüdçü eyni vaxtda və eyni ATM-də pul çəkərkən görüntülənib. Artıq dünyada hər iki serbiyalı təqaüdçü məşhurlaşıb.
Onların məşhurluğu Dobo Kristiana da şöhrət gətirib. Belə ki, fotoqraf müəllifi olduğu bu şəkillərə qədər həm də elektrik ustası olaraq çalışırmış. Fotoqraflığı isə həvəskar olaraq davam etdirirmiş.
Dobo Kristian məşhurlaşan fotolarından sonra ölkəsi ilə yanaşı, beynəlxalq foto müsabiqələrə də qatılır. Bu fotolardan sonra serbiyalılar artıq toy və şənliklərə fotoqraf olaraq Dobo Kristianı dəvət edir.
Xəbər 11747 dəfə oxunub.