Dövlət dilinə qarşı əməllərə görə cəzalar sərtləşdirilir

Dövlət dilinə qarşı əməllərə görə cəzalar sərtləşdirilir

Azərbaycanda dövlət dilində danışmağa mane olanlar, bu dilin istifadəsini məhdudlaşdıranlara qarşı yeni cəzalar tətbiq olunacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu məcəllə yeni İnzibati Xətalar Məcəlləsində təsbit olunub.

Məcəllənin 532-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxlər 1 000 manatdan 1 500 manata qədər, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manata qədər, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manata qədər cərimələnəcəklər.

Hazırda qüvvədə olan məcəllədəki müvafiq maddəyə görə isə bu cərimələr fiziki şəxslər üçün 20 manatdan 40 manata qədər, vəzifəli şəxslər 50 manatdan 90 manata qədər, hüquqi şəxslər üçün isə 150 manatdan 300 manata qədərdir.

Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı təqdirdə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR