Cahangir Hacıyevin şikayətinə dekabrın 17-də baxılacaq

Cahangir Hacıyevin şikayətinə dekabrın 17-də baxılacaq

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı şikayəti əsasında keçiriləcək məhkəmə prosesinin vaxtı məlum olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, C. Hacıyevin vəkili Aqil Layıcovun verdiyi məlumata görə, şikayətə noyabrın 17-də Nərimanov rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Müdafiə tərəfi bildirib ki, C. Hacıyev indiyə kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Qanunvericiliyə əsasən barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməli idi.
Nərimanov rayon Məhkəməsinə C. Hacıyevin vəkili tərəfindən edilən şikayətdə onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasının qanunsuz hesab edilməsi istənilib.

C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR