Bu gün Beynəlxalq Çay Günüdür

Bu gün Beynəlxalq Çay Günüdür

Bu gün Beynəlxalq Çay Günüdür (International Tea Day).


Aktual.az Report-a istinadən xəbər verir ki, bu, hər il dekabrın 15-də Təhsil və Ünsiyyət Mərkəzinin (Centre for Education and Communication) təşəbbüsü ilə keçirilən qeyri-rəsmi bayramdır.
"Beynəlxalq çay günü" yeni bayramdır. "Çay günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub.
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf edib.
Çay ağacının vətəni Çin hesab edilir. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
Çay Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib

Xəbər 801 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR