"Bəzi radiolar qanunu pozur"


Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqini aparır.
Aktual.az "Report"a istinadən xəbər verir ki, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bildirib ki, bəzi radioların fəaliyyətində çoxsaylı və ciddi qanun pozuntuları aşkarlanıb.
Qanun pozuntularının daha çox reklam yayımı ilə bağlı olduğunu deyən Q.Cəbiyev deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı şurada iclas keçiriləcək. İclasdan sonra monitorinqin nəticələrini ictimaiyyətə açıqlayacaq.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR