BDU-nun mühafizə rəisi işdən çıxarıldı

BDU-nun mühafizə rəisi işdən çıxarıldı

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətovla bağlı müxtəlif məlumatlar yayılıb.

AKtual.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Modern.az saytının əməkdaşı Bakı Dövlət Universiteinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, bu gün məsələ rektorluqda ciddi müzakirə olunub.

"Sosial şəbəkələrdə yerləşdirilmiş bəzi tələbə rəyləri öz təsdiqini tapıb. Buna görə də Mahir Höcətov tutduğu vəzifədən azad edilib. Gələcəkdə belə halların baş verməməsi üçün ciddi tapşırıqlar verilib". 

AKtual.az

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR