Bakıda daha bir neçə avtobus xətti ləğv edilə bilər

Bakıda daha bir neçə avtobus xətti ləğv edilə bilər

Aprel, may aylarında Bakıda avtobus və taksi fəaliyyəti ilə məşğul olan bütün daşıyıcılarla əlaqədar reyd və yoxlamalar daha intensiv şəkildə aparılacaq.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib.

NİİM-in sözçüsü qeyd edib ki, əgər BNA tərəfindən irəli sürülən tələblər yerinə yetirilməzsə, daha bir neçə daşıyıcı cəzalandırıla bilər:

""Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə bağlı mütəmadi olaraq daşıyıcılara xəbərdarlıqlar edilməsinə baxmayaraq, qayda pozuntuları hələ də təkrarlanır. Lakin yeni yaradılan Bakı Nəqliyyat Agentliyinin artıq aktiv fəaliyyətə başlaması ilə əlaqədar aprel-may aylarında yoxlamar daha intensiv şəkildə aparılacaq. Qanunvericiliklə tələblərə cavab verməyən, istismara yararsız, texniki cəhətdən nasaz, natəmiz, sürücüləri tərəfindən tez-tez qayda pozuntularına və sərnişinlərə qarşı kobudluqlara yol verən avtobusların marşrut xətləri qanunvericiliyə uyğun olaraq ya ümumiyyətlə, dayandırılacaq, ya da daşıyıcılar dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyinin məqsədi sərnişinlərin rahatlığı və təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir və bu məqsədlə paytaxtın nəqliyyat sektorunda optimallaşdırma işləri bundan sonra da davam etdiriləcək".

Qeyd edək ki, bir müddət öncə marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı avtobus xəttinin fəaliyyətinin dayandırılması barədə qəbul edilib.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR