"Aztelekom" kabellərini oğurlayan şəxs həbs olunub


“Aztelekom”un işlək kabellərini oğurlayan şəxs saxlanılıb.

Dekabrın 10-na keçən gecə Masallı rayonunun Kosakül kəndində “Aztelekom” İB-nə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 370 metrlik hissəsi kəsilərək oğurlanıb.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlqar Mustafayev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-nə keçən gecə Əhmədli kəndində “Aztelekom” İB-nə məxsus rabitə kabelinin 190 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR