"Azneft" : Dənizdən tapılan neftçi geyimi ekspertizaya verilib


Dünən günorta saatlarında "Abşeron" Neft Qaz Çıxarma İdarəsinin ərazisində bir neftçiyə məxsus kombinezon tapılıb. Həmin geyim ekspertizaya verilib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) bildirilib.
Qeyd olunub ki, ekspertizanın rəyindən sonra geyimin itkin düşən neftçilərə, yaxud platformalarda işləyən neftçilərə məxsus olduğu müəyyənləşəcək.
Qurumdan, həmçinin bildirilib ki, bu gün saat 13:00-a olan məlumata əsasən, həm “Neft Daşları” ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir:
"Səhər saatlarından başlanılan axtarış əməliyyatına FHN-in 1 helikopteri, 1 təyyarəsi, eləcə də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 4 axtarış gəmisi cəlb olunub. Həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən sifariş verilmiş AZAL-ın 2 helikopteri axtarış əməliyyatına qoşulub. Hazırda Dövlət Sərhəd Xidmətinin helikopterləri də havaya qalxmaq üzrədir.
Bundan başqa, DSX-nin 2 kateri sahilboyu axtarışlar aparır".
"Azneft"dən bildirilib ki, uzaq məsafələri axtarmaq üçün nəzərdə tutulan FHN-in təyyarəsi Xəzərin cənubunda axtarış aparacaq.
Eyni zamanda, qurumdan “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki yanğının söndürülməsi ilə 2 gəminin məşğul olduğu qeyd olunub.
"Bundan başqa, FHN-in 2 gəmisi yanğının söndürülməsi üçün ehtiyatda gözləyir və 1 gəmisi də neft dağılmaları ehtimalına qarşı sözügedən ərazidə monitorinq həyata keçirir.
Bununla yanaşı, yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular dənizdə quraşdırılıb və yanan quyuların söndürülməsi üçün hazırlıq işləri davam etdirilir" - "Azneft"dən bildirilib.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR