Azərbaycanlılar zəlzələdə xəsarət almayıb – Səfirlik

Azərbaycanlılar zəlzələdə xəsarət almayıb   – Səfirlik

“Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.

Xəbər 274 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR