Azərbaycanda 250 min uşaq məhv edilib - Dəhşətli statistika

Azərbaycanda 250 min uşaq məhv edilib   - Dəhşətli statistika

“2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. 10 ildə 250 mindən çox vətəndaş itirmişik”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib.

Onun sölərinə görə, hazırda özündə 20 illiyi əks etdirən Uşaq Məcəlləsi hazırlanır: “Bu, Azərbaycanda uşaq hüquqlarının hamısını özündə birləşdirən sənəd olacaq. Həmin məcəllədə uşaqların hüquqlarını müdafiə edən bütün qanunlar, uşaqların əmək hüqüqları, yaşamaq, inkişaf etmək hüquqları öz əksini tapacaq”.

E.Səfərov bildirib ki, artıq həmin layihə hazırdır və müfaviq qurumlara təqdim olunub: “Bununla bağlı müvafiq qurumlardan cavab gözləyirik. Ola bilər ki layihəyə düzəlişlər olsun”.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR