Azərbaycan İslam koalisiyasına qoşula bilər

Azərbaycan İslam koalisiyasına qoşula bilər

 Azərbaycan “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulmaq məsələsini nəzərdən keçirir

“Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması barəsində məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. Bu xüsusda təmaslar davam etdirilir”.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.

“Hal-hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır”, - deyə o vurğulayıb.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR