Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Dekabrın 15-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR