Zakir Həsənov Müdafiə Universitetində

Zakir Həsənov Müdafiə Universitetində

Qazaxıstana rəsmi səfəri davam edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Müdafiə Universitetində olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələri üçün kadr hazırlığını həyata keçirən ali hərbi təhsil müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, İmitasiya Modelləşdirmə Mərkəzində olub.

General-polkovnik Zakir Həsənov fakültələrdə tədrisin təşkili ilə maraqlanıb və universitet haqqında təqdim edilən brifinqlə də tanış olub.

Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanan görüşdə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR