XİN: Azərbaycan terrorizmi qəti şəkildə pisləyir

XİN: Azərbaycan terrorizmi qəti şəkildə pisləyir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, XİN-in açıqlamasında deyilir: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin yaralananların tezliklə şəfa tapmasını diləyirik".

XİN bəyan edir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir.

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR