Varlı şəxslər Britaniyanı tərk edib və ümumilikdə təxminən 160 milyard dollar dəyərində aktivlərini ölkədən çıxarıblar.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, onların ölkədən getməsi vergilərin artırılması, varlılar üçün güzəştlərin ləğvi və yeni vergi tədbirlərinin tətbiq ediləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir:
"2025-ci ilin aprelində ölkədə qeyri-rezidentlər üçün xaricdəki aktivlərdən əldə olunan gəlirlərə görə Böyük Britaniyada vergi ödəməməyə imkan verən xüsusi vergi rejimi ləğv edilib. Həmçinin miras və sövdələşmələrdən əldə olunan gəlirlərə tətbiq edilən vergilər artırılıb. Ölkəni tərk edənlərin çoxu Monako, İsveçrə, BƏƏ, Yunanıstan və İtaliyaya köçüb”.
Xəbər 28 dəfə oxunub.