Avropa ölkələri istəsə, Rusiya onlara qaz tədarükünü bərpa etməyə hazırdır.
Aktual.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr NovakQaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qaz və ucuz enerji resurslarının çatışmazlığı səbəbindən Avropalı istehlakçılar daha bahalı mayeləşdirilmiş təbii qaza (LNG) görə artıq vəsait ödəyirlər.
"Biz öz tərəfimizdən buna hazırıq, həmişə etibarlı təchizatçı olmuşuq. Bu, birinci məsələdir. İkincisi, Avropa qazımızı almasa, onu satmaq üçün başqa bazarlarımız var. Bildiyiniz kimi, son illərdə iqtisadiyyatın inkişaf etdiyi və qaz istehlakının ən sürətlə artdığı ölkələrə tədarük üçün infrastrukturumuzu inkişaf etdirmişik. Buna görə də Rusiyanın qaz satışında bu baxımdan heç bir problemi yoxdur. Bu, daha çox Avropanın problemidir”, - deyə Aleksandr Novak bildirib.
Xəbər 56 dəfə oxunub.