Pentaqonda biabırçılıq: Tarixi qlobusu sındırdılar

Pentaqonda biabırçılıq: Tarixi qlobusu sındırdılar
  • DÜNYA

ABŞ hərbi naziri Pit Heqsetin komandasının üzvləri keçmiş prezident Duayt Eyzenhauerin Pentaqonda saxlanılan köhnə qlobusunu sındırıblar.

Aktual.az xəbər verir ki, bu barədə "Vaşinqton Post” məlumat yayıb.

Nəşr bildirib ki, hadisə bu ilin fevralın 3-də baş verib.

Məlumata görə, Pentaqon daxilində tarixi artefaktların yerinin dəyişdirilməsinə xüsusi təlim keçmiş kuratorlar nəzarət edirlər, lakin həmin vaxt şatdaun səbəbindən bu mütəxəssislər ödənişsiz məzuniyyətə göndəriliblər. Lakin komandanın üzvləri mütəxəssislərin gəlişini gözləmək istəməyiblər, çünki Heqset qlobusu öz ofisində yerləşdirməyə çox həvəsli olub.

Nəticədə qlobusun kövrək səthi deşilib və üzərində fırlandığı bərkidici hissədən qopub.

Pentaqonun mətbuat katibi Kristofer Surric jurnalistlərə açıqlamasında qlobusun həqiqətən də zədələndiyini təsdiqləyib.

Nəşr yazıb ki, hadisə Pentaqon daxilində biabnırçılıq sayıldığından uzun müddət bu barədə məlumatlar gizli saxlanılıb.

Qeyd edək ki, Duayt Eyzenhauer İkinci Dünya müharibəsində müttəfiq qoşunların ali baş komandanı, 1953-1961-ci illərdə ABŞ prezidenti olub.
Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR