Azərbaycanda 2025-ci ildə doğulan qadınlar üçün gözlənilən ömür uzunluğu 79,3, kişilər üçün isə 74,9 il təşkil edib.
Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, göstəricilər arasında fərq 4,4 ildir.
2024-cü ildə gözlənilən ömür uzunluğu qadınlar üçün 79,2, kişilər üçün 74,5 il olmuşdu.
Bu göstərici həmin ilin ölüm səviyyəsinə əsaslanan statistik hesablamadır.
Xəbər 83 dəfə oxunub.