Azərbaycanda 2025-ci ildə ilk dəfə nikaha daxil olan qadınların orta yaşı 24,1, kişilərin isə 28,7 yaş olub.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2000-ci ildə bu göstəricilər qadınlar üçün 23,1, kişilər üçün isə 27,3 yaş təşkil edib.
Ötən il bütün qeydə alınmış nikahlar üzrə orta yaş qadınlarda 25,1, kişilərdə 30,1 olub.
Xəbər 213 dəfə oxunub.