Türkiyədə həlak olmuş neftçilərin xatirəsi anılıb

Türkiyədə həlak olmuş neftçilərin xatirəsi anılıb

Qardaş Türkiyədə “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həyatını itirmiş neftçilərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Boluda keçirilən və millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın da açılışında çıxış etdiyi "Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət" adlı tədbirin açılışında çıxış edən Türk Ocaqları rəhbərliyi qardaş Azərbaycanın üzüntüsü, acısı bizim də üzüntümüz, acımızdır deyib və həyatını itirmiş neftçilərə Allahdan rəhmət, ailələrinə səbr diləyib və qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyiblər.  Qardaş ölkə siyasətçilərinin, ictimai fəallarının, KİV və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxışında millət vəkili Qənirə Paşayeva  qardaş Türkiyəyə acımızı bölüşdüyünüz üçün minnətdarıq deyib. Həyatını itirmiş qardaşlarımıza Allahdan rəhmət , ailələrinə səbr diləyirəm və Azərbaycanın və qardaş Türkiyənin bir daha belə acılar yaşamamasını diləyirəm deyən millət vəkili Q. Paşayeva tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri ilə yanaşı, bölgədə getdikcə daha da gərginləşən vəziyyət ətrafında da geniş mühazirə ilə çıxış edib.  Türkiyədəki qardaş-bacılarımız bilsinlər ki, Türkiyə sərhədlərindən kənarda lazım gələrsə qardaş Türkiyə üçün canını belə qurban verməyə hazır milyonlarla Türk insanı var. Hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyirik. Çünki biz birlikdə bu çoğrafiyada,müxtəlif dövlətlərin ərazisində üzüntü, kədər içində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq." Son günlər bölgədə gərginləşən vəziyyət fonunda Azərbaycan dövləti və prezidentinin Türkiyə ilə bağlı açıqlama və atdığı addımlar barədə geniş danışan millət vəkili Qənirə Paşayeva bunun həm Azərbaycan həm də Türkiyədə yaşayan gənclərimiz üçün gözəl örnək olduğunu vurğulayıb və gənc nəsillərimizin məhz bu ruhda yetişməli olduğunu deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da ətraflı danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Millət vəkili Qənirə Paşayeva bir sıra tədbir iştirakçılarına Azərbaycan,Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu və Türkiyədə çapdan çıxmış kitablarını da hədiyyə edib.

Xəbər 861 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR