Türkiyə ötən il zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı

Türkiyə ötən il zərərsizləşdirdiyi terrorçuların sayını açıqladı
  • DÜNYA

Türkiyə Silahlı Qüvvələri son bir il ərzində 7 min 16 terrorçunu zərərsizləşdirib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, 2017-ci ildə Türkiyə ordusu terrorçu PKK qruplaşmasının 46 aparıcı üzvü daxil olmaqla 3 min 239 üzvünü, İŞİD terror təşkilatının isə 3 min 777 terrorçusunu məhv edib.
Açıqlamaya görə, 2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib.
Ötən ildən bu günədək 9 min 236 əməkdaşı Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb. 
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR