Turizm şirkətləri də dollara keçir

Turizm şirkətləri də dollara keçir

Xarici valyutanın məzənnəsinin dəyişməsi xarici turizmin qiymətlərinə hər gün təsir edir.

Buna görə də qiymətlər hesablananda gündəlik məzənnə nəzərə alınır.

Aktual.az Fins.az-a istinadən xəbər verir ki, bəzi turizm şirkətləri dolların məzənnəsi hər gün dəyişdiyinə görə turpaketlərn qiymətlərini dollarla müəyyənləşdiriblər. Bəziləri isə dollarla satış qadağan olduğuna görə, turpaketin qiymətini dollarla göstərib ödənişi manatla qəbul edəcəklərini deyiblər.

Qeyd edək ki, ikinci devalvasiyadan sonra xarici turpaketlərin qiymətləri 50%-ə qədər bahalaşması barədə məlumat vermişdik. Turizm şirkətlərindən bildiriblər ki, hazırki vəziyyətlə bağlı hər hansı dəyişiklik yoxdur və ucuzlaşma gözlənilmir.

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR