Tender qaydaları dəyişdi

Tender qaydaları dəyişdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, qanuna dəyişikliyə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək və bu məcburi olacaq.

Qeyd edək ki, buna qədər qüvvədə olan qanuna görə, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 15%-ə qədər həcmində güzəştli düzəliş tətbiq edilib və bu məcburi xarakter daşımayıb.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR