Tələbələrin "Virtual Universitet" kart sistemi yaradılır

Tələbələrin

Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkədə ilk dəfə olaraq "Virtual Universitet" kart sistemi yaradılır. 

Aktual.az-ın məlumatına görə, tələbələr bu kart ilə təhsil müəssisəsinin şöbələrindən onlara lazım olan məlumatları şöbələrdə yerləşdirilmiş kart oxuyucusu vasitəsi ilə əldə edəcək. Virtual kartlar maqnitli olacaq, üzərində tələbənin elektron anketinin kodu yazılacaq.

Tələbə kartı oxuyucu cihazına yaxınlaşdıranda cihaz informasiyaları birbaşa çap edəcək. Sistem isə tələbə bazası ilə çalışacaq. Kartla sistemə giriş tələbənin şəxsiyyət vəsiqəsinin kodu ilə mümkün olacaq.

Universitetdən verilən məlumata görə, yeni sistemlə tələbələr təqaüdlərini virtual kartla ala biləcəklər. Həmçinin bu tətbiq universitetin işci heyəti və müəllimləri üçün də nəzərdə tutulub. Sistemə bu il e-sənəd xidməti də əlavə ediləcək.

Yeni dərs ilində universitetə qəbul olmuş tələbələrə virtual kart tələbə bileti ilə birgə veriləcək. Bunun üçün hazırda universitetdə hazırlıqlar davam edir.

Xəbər 680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR