Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cəzalar ağırlaşdırılır

Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cəzalar ağırlaşdırılır

Milli Məclisin plenar iclasında Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər təklif edilib.

Aktual.az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Layihəyə görə, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR