Kılıçdaroğlundan Yeni Partiyaya xəbərdarlıq: 5 milyonu qaytar!

Kılıçdaroğlundan Yeni Partiyaya xəbərdarlıq: 5 milyonu qaytar!
  • DÜNYA

CHP sədri Kamal Kılıçdaroğlu Özgür Özəl və keçmiş partiya nümayəndələrinin ayrılmazdan əvvəl CHP xəzinəsindən Yeni Partiyaya 5.100.000 TL köçürdüyünü iddia edib.

Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Kılıçdaroğlu pulun geri qaytarılması üçün xəbərdarlıq edib. Ödəniş edilmədiyi təqdirdə isə cinayət işi açılacağını bildirib.

"Onlar CHP-nin bank hesabını ləğv ediblər. Bu, tamamilə etik olmayan və ciddi bir problemdir. Biz onlara yazılı şəkildə pulun geri qaytarılmasını tələb etmişik. Siz imza səlahiyyətinizdən öz xeyrinizə, başqa məqsədlər üçün istifadə edirsiniz. Bu, etik və düzgün deyil”, - Kılıçdaroğlu vurğulayıb.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR