Son iki həftədə ABŞ-da qripdən 16 uşaq ölüb

Son iki həftədə ABŞ-da qripdən 16 uşaq ölüb
  • DÜNYA

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) cümə günü dərc etdiyi hesabatında keçən həftə ərzində 16 uşağın qrip xəstəliyindən öldüyü bildirilir.

Bu isə hər il noyabr ayından mart ayına kimi davam edən qrip mövsümü ərzində bu xəstəlikdən ölənlərin sayını 53-ə gətirib çıxarır.
Hesabatda bildirilir ki, kəskin qriplə yoluxma halları artıq 48 ştatda və Puerto Rikoda qeydə alınıb. Bura yanvarın 27-də elavə olunmuş Oreqon və Havay ştatları da aiddir.
Viruslardan qaynaqlanan qrip xəstəliyi bəzən ölümlə nəticələnə bilən ağır əlamətləri olan kəskin infeksiya xəstəliyidir.
Mərkəz tərəfindən yanvar ayının 27-də qədər iki həftə ərzində yığılan statistik məlumata görə, keçən həftə 17 min 24 yeni və laboratoriya tərəfindən təsdiqlənmiş qriplə yoluxmuş xəstə qeydə alınıb. Bu qrip mövsümündə 126 min 117 qeydə alımış xəstənin böyük hissəsini təşkil edir. Mərkəzin verdiyi bəyanata görə, yoluxanların həqiqi sayı bundan da böyükdür, çünkü hər qriplə yoluxan xəstə həkimə müraciət etmir(azərtac).

Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR