SOCAR Supsa limanından neft ixracını azaltdı

SOCAR Supsa limanından neft ixracını azaltdı

2015-ci ilin son rəqəmlərinə görə, SOCAR Gürcüstandakı Supsa limanından 2 794 905 ton neft ixrac edib.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, 2014-cü ildə SOCAR Bakı-Supsa neft kəməri ilə 2 957 039 ton xam neft ixrac etmişdi.

Rəqəmlər arasındakı fərqi tutuşdurulduqda isə məlum olur ki, SOCAR-ın bu marşrutla ixrac etdiyi neft 2015-ci ildə 5,5% azalıb.

Xatırladırıq ki, yalnız 2015-ci ilin dekabr ayı ərzində SOCAR Supsa limanından 253 506 ton neft ixrac edib.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR