Səudiyyə Ərəbistanı və İran münaqişəsi neftin qiymətini artıracaq - Ekspert

Səudiyyə Ərəbistanı və İran münaqişəsi neftin qiymətini artıracaq   - Ekspert

Səudiyyə Ərəbistanı və İran arasında münaqişə Yaxın Şərqdə dini əsasları olan daha bir adi mübahisədir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" Araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.

Onun sözlərinə görə, sünnilərin və şiələrin siyasiləşdirilmiş qrupları arasında belə toqquşmalar regionun bir neçə ölkəsində baş verir. S.Kornell güman edir ki, iki ölkə arasında əlaqələr pisləşəcək.

Ekspert ehtimal edir ki, münaqişə dünya bazarında neftin kəskin aşağı düşən qiymətlərinə tezliklə təsir etməyəcək, lakin sonradan qiymət artımına gətirib çıxara bilər.

Qeyd edək ki, ötən şənbə günü Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimr ən-Nimrin olduğu 47 nəfəri edam edilib. İran din xadiminin edam olunmasına sərt etiraz edib. 

AzNews.az

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR