Fransa hərbi əməliyyatlarda iştirak etmək üçün öz qoşunlarını Ukraynaya göndərməyəcək.
Aktual.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.
Sejurne bildirib ki, Paris Ukraynaya qoşun yeritməyəcək, çünki məqsədi Rusiya ilə müharibə aparmadan Moskvanın qalib gəlməsinin qarşısını almaqdır:
"Fransızlar Ukrayna üçün ölməyəcək”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.
Xəbər 321 dəfə oxunub.