Ukraynanın təcili olaraq ABŞ-dan hərbi yardıma ehtiyacı var.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Hava hücumundan müdafiə ilə bağlı olaraq, biz bunu bütün tərəfdaşlarımızla müzakirə aparırıq. Təəssüf ki, Amerika ilə raket hücumundan müdafiə sistemlərinin istehsalını genişləndirməkdə uzun müddətdir heç bir irəliləyiş olmayıb", - deyə o qeyd edib.
Zelenski Avropanın maliyyə yardımı göstərdiyini, lakin ABŞ-ın liderliyinin vacib olduğunu vurğulayıb.
Xəbər 37 dəfə oxunub.