Çörəyin içindən böcək çıxıb — FOTO

Çörəyin içindən böcək çıxıb   — FOTO

Gəncədə mağazadan alınan çörəyin içindən həşərat çıxıb.

Şəhər sakini Aynurə Niyazzadə APA-nın qərb bürosuna bildirib ki, həmişə olduğu kimi, dünən də yaşadığı evin yaxınlığında yerləşən mağazadan çörək alıb. Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən A. Niyazzadə əvvəlcə onun nə olduğunu anlamasa da, diqqətlə baxdıqdan sonra böcək olduğunu görüb. Çörəyi aldığı mağazaya aparıb və ərzaq məhsulunun hansı zavodda hazırlanması ilə maraqlanıb. Satıcı çörəyin harada bişdiyindən xəbərsiz olduğunu və öyrənib qadına məlumat verəcəyini deyib.

A. Niyazzadə bir neçə ay öncə də bu çörək çeşidinin içərisindən naməlum qaraltının çıxdığının şahidi olduğunu bildirib.

Xəbər 696 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR