Putinin aviabaza yaratmaq fikri Belarusu rəngli inqilaba itələyir -Mübariz Əhmədoğlu

Putinin aviabaza yaratmaq fikri Belarusu rəngli inqilaba itələyir  -Mübariz Əhmədoğlu

Belarus prezidenti Aleksandr Lukaşenkonun siyasəti Avropanın mövqeyinin dəyişməsinə gətirib çıxardı. Dəyişən parametrlər Belarusun siyasətində deyildi. Ölkə inkişaf edir, xalqın sosial-rifahı yüksəlir, sabitlik möhkəmlənir, dövlət güclənir. Korrupsiya yoxdur.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, mətbuat və ictimai-siyasi mühit üzərində idarə olunan nəzarət var: "Bu Aleksandr Lukaşenkonun Belarusudur. Necə planlaşdırılıbsa, proseslər o qaydada gedir. Qərbin Belarusa, onun prezidentinə münasibətinin necəliyi bu ölkədə gedən prosesə təsir etmir. Avropa rəsmiləri də etiraf etdilər ki, qanun pozuntusu olmasa da, Aleksandr Lukaşenko seçkiləri udmaq qabiliyyətinə malikdir".

Politoloq qeyd edib ki, Ukraynada baş verənlər A.Lukaşenkonu aktivliyə vadar etdi: "Belarus Ukrayna danışıqlarının mərkəzinə çevrildi. Belarusun danışıqlar mərkəzinə çevrilməsində Vladimir Putinin də rolu oldu. Qərb barış müstəvisi kimi Qazaxıstan prezdenti Nursultan Nazarbayevin təşəbbüsünü dəstəkləyirdi. Ukrayna danışıqlarının uğurundan sonra Qərbin bütün qurumlarının Aleksandr Lukaşenkoya münasibəti müsbət tərəfə dəyişdi".

M.Əhmədoğlu deyib ki, Vatikan daha fəal oldu: "Aİ Belarusa qarşı sanksiyalarını 4 ay müddətinə dayandırdı. Bunu prezident seçkilərindən sonra etməsi diqqət çəkir. Belarusun Avropada imicinin yaxşılaşması Azərbaycanda da maraq yaradıb. Avropa indi qəzəbini Azərbaycan adı ilə kumulyasiya edir. Ümidliyik ki, Belarusa münasibətini səhv olduğunu başa düşən Qərb, günlərin birində Azərbaycana da münasibətinin səhv olduğunu başa düşəcək".

Politoloq sonra vurğulayıb ki, Qərbin özünün siyasi standartları var: "Əfqanıstan, İraq, Liviya, Suriya bu standartların təcəssümləridir. Bəşər Əsədə münasibət Qərbin hədsiz subyektiv olan standartlarına nə qədər bağlı olduğnu göstərir. O prizmadan sanksiyaların 4 ay müddətinə dayandırılmasını tamamilə pozitiv hesab etmək mümkün deyil. Bu dörd ay ərzində Aİ Belarusda rəngli inqilaba hazırlıq prosesini başa çatdıra bilər. Əhalinin sosial vəziyyəti iğtişaşa əsas vermir, prezident korrupsiya ilə məşğul deyil, insan hüquqlarının pozulmasına qarşı mübarizə aparmaq ideyası populyarlıq qazanmayıb. Rəngli inqilab üçün ideya axtarışı davam edir. Bəlkə belə axtarış heç vaxt dayanmayıb. Qərb Ukrayna-Belarus sərhədi vasitəsi ilə Ukraynada “maydan” aktivlərini həmişə Belarusa atmağa cəhdlər edib. Belarus Respublikasının vətəndaşı Svetlana Aleksieviçə Nobel mükafatının məhz indi verilməsi də bu konteksdən məna yükü daşıya bilər".

M.Əhmədoğlu sonra əlavə edib ki, belə vaxtda RF prezidenti V.Putin Belarusda hərbi aviabaza yaratmaq fikrinə düşüb: "Bu aviabazanın hərbi zəruriliyi müasir aviasiyanın, raketlərin imkanları prizmasından çox polemik məsələdir. Amma siyasi təsiri şəksizdir. Bu siyasi təsir PF maraqları baxımından pozitiv olmaya da bilər. Belarusun dövlət müstəqilliyinin məhdudlaşdırılması ideyası məxməri inqilab ideya axtarışıları üçün göydəndüşmə fürsət ola bilər. V.Putinin Qərbin Belarusa münasibətinin dəyişməsindən, Belarusun Rusiyadan qaçması barədə dolaşan fikirlərdən narahat ola bilər. Amma bu narahatlığı Belarusu rəngli inqilaba itələməklə aradan qaldırmaq mümkün deyil".

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR