Rusiya Ali Komandanlığı Putini inandırıb ki, payıza qədər bütün Donbas ələ keçiriləcək.
Aktual.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms” Putinə yaxın şəxslər və eləcə də Ukrayna kəşfiyyatına istinadla məlumat verib.
"Putin hesab edir ki, Donbası ələ keçirdikdən sonra Ukraynaya qarşı yeni ərazi iddiaları irəli sürə biləcək. O, Xerson və Zaporojye bölgələrinin də Rusiyaya verilməsini israr edir”, - məlumatda qeyd olunub.
Mənbələrdən birinin sözlərinə görə, Putin Donbasın ələ keçirilməsinə can atır:
Mən onu hazırkı cəbhə xəttini bitirməyə məcbur edirdim. Amma o, daim deyirdi: "Xeyr, mən bu məsələdə güzəştə gedə bilmərəm".
Xəbər 56 dəfə oxunub.