Putin azərbaycanlıya “xalq artisti” adı verdi

Putin azərbaycanlıya “xalq artisti” adı verdi

Rusiyanın əməkdar incəsənət xadimi, Marinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri, həmyerlimiz Eldar Əliyev Rusiya Federasiyasının "Xalq artisti” fəxri adına layiq görülüb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin "Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında” fərmanında deyilir.
Qeyd edək ki, Eldar Əliyev bir neçə gün öncə Rusiya Teatr Xadimləri İttifaqının Mərkəzi Aparatında Valeri Georgiyevin köməkçisi təyin edilmişdi.
1957-ci ildə Bakıda anadan olan E.Əliyev dünyanın 40 ölkəsində həm solist kimi çıxış edib, həm də məşhur balet əsərlərinə quruluş verib.
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR