Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı.

Aktual.az xəbər verir ki, bunu XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransıda Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə deyib.

Onun sözlərinə görə, mükafatla bağlı bütün hüquqi prosedurlar hazırlanıb.

"Hətta aidiyyəti üzrə təqdim olunub və məsələ razılaşdırılma mərhələsindədir”.

Vasif Qurbanzadə deyib ki, Mədəniyyət Nazirliyinin prioritetlərindən biri, bəlkə də birincisi, kitab mükafatı və tərcümə proqramıdır.

"Biz bunu qəbul edirik və hazırda bu istiqamətdə işləyirik”.

Şöbə müdiri mükafatın gələn il üçün elan olunacağını əlavə edib.

"Hətta il ərzində bizə kifayət qədər kitab göndərənlər də olub. Məsələn, müəlliflərini tanımadığımız, müxtəlif bölgələrdən göndərilən kitablarla bağlı müraciətlər alırıq. Müəlliflər bildirirlər ki, kitab mükafatında iştirak etmək istəyirlər. Bu da məsələnin aktuallğını göstərir”.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR