Neftin qiymətində sıçrayış

Neftin qiymətində sıçrayış

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dünya bazarında neftin qiyməti kəskin şəkildə artıb.

Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 36 dollardan da bahadır. Belə ki, qiymət 6,7% artaraq 36,2 dollarda qərarlaşıb.

WTI markalı neftin qiymətində də artım var. WTI-nin bir barreli 6,13% artımla 34,28 dollardan təklif olunur.

Bu bahalaşma Rusiyanın energetika naziri Aleksandr Novakın fevralda OPEK-in toplantısında iştiraka hazır olması ilə bağlı bəyanatından sonra qeydə alınıb.

Aktual.az 

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR