"NAZ-Lifan" yeni modellər buraxır


Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında məmurlara yerli istahsal malları ilə bağlı xəbərdarlığından sonra “NAZ-Lifan” markalı maşınlara təlabat artıb.


Aktual.az Azərtac-a istinadən xəbər verir ki, eyni zamanda Naxçıvan Avtomobil Zavodu texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla 6 modeldə “NAZ-Lifan” markalı minik avtomobili istehsal edir.

Hazırda texniki göstəriciləri və komfort baxımından daha yüksək olan “NAZ-Lifan X-50”, “NAZ-Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlanılıb ki, bu avtomobillər də yaxın vaxtlarda alıcılara təqdim ediləcək.

Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR