Navalnının meyiti ortada qalıb

Navalnının meyiti ortada qalıb

Moskvanın dəfn agentlikləri Aleksey Navalnının cəsədini morqdan vida mərasiminin keçiriləcəyi kilsəyə daşımaqdan imtina edirlər. Səbəb anonim təhdidlərdir.
Aktual.az xəbər verir ki, bunu Navalnının keçmiş mətbuat katibi Kira Yarmış bildirib.
"Əvvəlcə bizə Alekseylə vidalaşmaq üçün cənazə evi icarəyə götürməyə icazə vermədilər. İndi bizə deyirlər ki, cənazəni kilsəyə aparmağa heç bir cənazə maşını razılaşmayacaq”, - Yarmış bildirib.
Xatırladaq ki, Aleksey Navalnı ilə vida mərasimi martın 1-də günortadan sonra Moskvanın Marino rayonundakı pravoslav kilsəsində planlaşdırılır. Onun Borisov qəbiristanlığında dəfn olunacağı bildirilir.
Yeri gəlmişkən, dəfn mərasiminin keçiriləcəyi kilsədə audio və video çəkilişləri qadağan edən yeni bildirişlər vurulub. Hadisə şahidləri bildirib ki, qəbiristanlığın girişində şlaqbaumlar quraşdırılıb. Hüquq-mühafizə orqanları ziyarətçilərin pasportlarını yoxlayıb, sorğu-sual edir.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR