Nalbandyanın çıxışı yalan və təhrif olunmuş məlumatlara əsaslanır - AZƏRBAYCAN XİN

Nalbandyanın çıxışı yalan və təhrif olunmuş məlumatlara əsaslanır   - AZƏRBAYCAN XİN


"Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Belqradda keçirilən Nazirlər Şurasındakı çıxışı mövcud reallıqdan kənar olaraq, tamamilə yalan və təhrif olunmuş məlumatlara əsaslanır".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, əsassız ittihamlardan ibarət olan bu çıxışda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyişə nail olmaq üçün heç bir müsbət məqam yoxdur.

"Bu arada qoşunların təmas xətti boyunca rəsmi İrəvan tərəfindən diversiya əməllərinə əl atılması və bu kimi məsuliyyətsiz davranışın nəticəsində çoxsaylı itkilər verməsi Ermənistanın əsl məqsədinin nədən ibarət olduğunu bir daha göstərir", - deyə H. Hacıyev vurğulayıb.

Qeyd edək ki, E. Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasına görə Azərbaycanı ittiham edib.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR