Mesut Özil "Fənərbaxça"dan getdi, bu klubla anlaşdı

Mesut Özil

Məşhur futbolçu Mesut Özil "Fənərbaxça" ilə yollarını ayırıb.

Aktual.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir klubdan ayrılacağı deyilən yarımmüdafiəçi "sarı-lacivərdlilər"lə müqaviləsini rəsmi şəkildə ləğv edib.

Artıq onun yeni komandası da məlumdur. Belə ki, Özil bu gün İstanbul təmsilçisi "Başakşehir"lə müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçinin sözləşməsi 1+1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Mesut 2021-ci ilin yanvarında İngiltərə "Arsenal"ından "Fənərbaxça"ya transfer olunmuşdu. O daha öncə İspaniyanın "Real Madrid" klubunda çıxış edib.

M.Özil əslən türk olsa da Almaniya millisinin heyətində çıxış edib, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR