Paralimpiya çempionlarımız vətənə döndü

Paralimpiya çempionlarımız vətənə döndü

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb.

Cüdo Federasiyasından Aktual.az-a verilən məlumata görə bununla əlaqədar Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyası və "Neftçi" İdman Klubu qarşılama mərasimi təşkil edib. 

Qızıl medal qazanan paracüdoçular Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq) və yarışda iştirak edən digər atletləri Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların yaxınları qarşılayıblar.

Daha əvvəl Tokio paralimpiadasında uğur qazanan digər cüdoçularımız da Bakıya dönüb.
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR