Azərbaycan və Rusiya arasında investisiya tərəfdaşlığı ikitərəfli xarakter daşıyır.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, Azərbaycanın Rusiya iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1 milyard 200 milyon ABŞ dollarına çatıb:
"Bu investisiyaların əhəmiyyətli hissəsi turizm və rekreasiya sahəsində cəmləşib. Bu çərçivədə müasir sanatoriya-kurort müəssisələrinin yaradılması üzrə bir sıra iri layihələr həyata keçirilib. Belə layihələr sırasında Yessentuki, Kislovodsk və Jeleznovodsk şəhərlərində həyata keçirilən layihələri qeyd etmək olar. Bunlar Rusiya kurort regionlarında Azərbaycan kapitalının geniş investisiya iştirakının tərkib hissəsinə çevrilib. Azərbaycan kapitalı həmçinin Krasnodar ərazisi ərzaq sənayesi daxil olmaqla emal sənayesində də təmsil olunur”.
Xəbər 46 dəfə oxunub.