Sosial şəbəkədə paylaşılan nadir fotoda Çeçenistan nümayəndəsi Xoc-Əhməd Nuxayev və ABŞ-nin hazırkı prezidenti Donald Tramp əks olunublar.
Aktual.az xəbər verir ki, həmin şəkil 1997-ci ildə ABŞ-də çəkilib.
Nuxayev çeçen siyasi xadimi və yazıçı idi. O, Çeçenistan İçkeriya Respublikasının hökumətində Baş nazir müavini postunu tutmuş, "Noxçi-Latta-İslam” təşkilatının lideri idi.
1999-cu ilin payızından bəri Nuxayev daimi olaraq Bakıda yaşayırdı. İkinci çeçen müharibəsi zaman yaralananda da Azərbaycanda müalicə olunmuşdu.
Xoc-Əhməd Nuxayevin taleyi hələ də məlum deyil. Bir versiyaya görə, o, 2000-ci illərin ortalarında öldürülüb. Digər versiyaya görə isə sağdır və xarici ölkələrin birində gizlənir./yenisabah
Xəbər 46 dəfə oxunub.